Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:35

«Biz nümunə olmaq istədik»


Turqut Qaraca
Turqut Qaraca
-
12 nəfərdən ibarət «Başla» hərəkatı fəaliyyətini maarifləndirici yöndə qurub. Hərəkat əvvəlcə «Youtube» şəbəkəsində kanal yaradıb, video tərcümələr etməyə başladı, son olaraq isə Tolstoyun «Etiraflar» kitabını azərbaycancaya tərcümə etdi.

Hərəkatın yaradıcılarından Turqut Qaraca deyir ki, məqsəd etik çərçivədə maariflənmək, xüsusi bir emosional çıxış etmədən informasiyanı cəmiyyətə çatdırmaqdır:

«Biz bu işlərlə nümunə olmaq istədik. Birinci «Youtube» səhifəsini açdıq. Məqsəd video-bazanı doldurmaq idi. Düşündük kitab çıxarmaq təzə işə başlayan üçün ağır gələr, ən rahat iş video tərcümə etməkdir. Ona görə ötən ilin yayından başladıq konkret mövzular üzrə tərcümə etməyə. Əvvəlcə hər gün bir neçə video qoyurduq, indi 3-4 gün fasilə ilə video yükləyirik».

Elgün Nəcəfovun fikrincə, hərəkatda adam az olsa da, əsas görülən işin keyfiyyətidir:

«Bizdə hamı işləyir. Kimisi «Youtube»dakı kanala baxır, videolar tərcümə edir, kimisi kitab işi ilə maraqlanır, kimisi də yeni yaranacaq saytın üzərində işləyir».

NİYƏ TOLSTOY?

Hərəkatın üzvləri deyir ki, videoları daha çox türk və rus dillərindən tərcümə edirlər. TEDx-in videolarını və bəzi sənədli filmləri tərcümə etməyə üstünlük verirlər:
Elgün Nəcəfov
Elgün Nəcəfov

«Cəmiyyətin aydınlanması enerjisi çox olan gənclərin ortaya bir şeylər qoymasından keçir. İndiki dövrdə cəmiyyətdə stabilləşmə gedir - böyüyür, işləyir, ailə qurur. Biz istəyirik gənclər sosial baxımdan aktiv olsunlar. «Başla Kitab» layihəsinə start verərək kitab tərcümələri ilə də cəmiyyəti məlumatlandırmağa qərar verdik. İlk nəşr olunan kitabımız Lev Tolstoyun «Etiraflar» kitabı oldu».

Kitabı seçmək qərarı isə birgə verilib. «Niyə «Etiraflar» sualına cavab isə budur ki, kitab həyatın mənasızlığından əzab çəkən şəxsiyyətin mənəvi axtarışlarından bəhs edir:

«İnsanlar oxuyurlar, düşünmürlər, dərin mənanı görmürlər, müşahidə etmirlər. Tolstoyu sevirdik, baxdıq ki, müşahidə xarakterlidir, tərcümə etdik. Orada Tolstoy məşhurluğun gətirdiyi xüsusiyyətləri, beynəlmiləl tanrı anlayışını yazıb. O dövrün sənətkarlarına dair nümunə qoyub. Mövzular bir-birindən aralı deyil. İnsan fərdi dəyişim üçün «puzzle»in hissələrini birləşdirib situasiyaya düzgün qiymət verməlidir».

Gənclər deyir ki, insan hər zaman könüllü olaraq başqaları üçün nələrsə edə bilər. Əsas istəməkdir.

Verilişi tam olaraq burdan dinlə


XS
SM
MD
LG