Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Tacikistan prezidenti AB və NATO rəsmiləri ilə görüşüb


Anders Fogh Rasmussen və Emomali Rahmon

Anders Fogh Rasmussen və Emomali Rahmon

Tacikistan prezidenti Emomali Rahmon Brüsseldə Avropa Birliyi və NATO rəsmiləri ilə görüşüb.

Onun Avropa Parlamentinin sədri Martin Şultsla görüşündə əsasən ölkənin cənubunda su elektrik stansiyasının tikintisi ilə bağlı Özbəkistanla Tacikistan arasındakı gərginlik müzakirə olunub.
Özbəkistan hesab edir ki, bu onun pambıq sahələrinin suvarılmasını əngəlləyəcək.

Emomali Rahmon görüşdən sonra keçirilən mətbuat konfransında bu il ölkədə keçiriləcək prezident seçkisinin azad və demokratik olacağını deyib.

O bundan əvvəl NATO-nun baş katibi Anders Fogh Rasmussenlə də görüşüb.
Görüşdə Tacikistanın Əfqanıstandakı NATO qüvvələrinə kömək etməsi məsələsi müzakirə olunub.
Rasmussen Tacikistanın kolaisiya qüvvələrinin Düşənbə aeroportundan istifadə etməsinə imkan yaratmasını müsbət qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG