Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

Faruq Sümər



«Əsrin Dədə Qorqudu»--Faruq Sümər

1924-cü ildə Konyanın Bozqır qəsəbəsində İstiqlal savaşı qazisi Məhmət Zəki Əfəndinin ailəsində doğulub. 1931-ci ildə ailə İstanbula köçüb. Faruq Ələmdar səmtindəki 49 saylı ibtidai məktəbi bitirib. 9-cu sinifdə anası Züleyxa xanımın köməyilə əski yazını öyrənib. Elə bu səbəbdən tarixçi olmaq qərarına gəlib. 1942-ci ildə liseyi bitirib və İstanbul Universitetinin tarix fakültəsinə daxil olub. O dövrün ünlü professorlarından ( M.F. Köprülü, M.X. Yinanç və s.) dərs alıb. 1948-ci ildə universitetin orta əsrlər tarixi kafedrasından məzun olub. Ankara Universitetinin doktoranturasında oxuyub. 1950-ci ildə doktor, 1955-ci ildə dosent ünvanını alıb. Bir müddət İstanbuldakı Süleymaniyə kitabxanasında, London universitetində, daha sonra Ankara Universitetində çalışıb. Faruq bəy ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilirmiş. O, 22 kitab yazıb və 19-nun çapını görüb. Ünlü tarixçinin şah əsəri indi haqqında söz açdığımız «Oğuzlar»dır. Bu əsər Türkiyədə cüzi düzəlişlərlə 5 dəfə təkrar nəşr olunub. Faruq Sümər dünyada tanınan, sayılan türkoloq olub, müxtəlif simpoziumlara, konfranslara qatılıb, yaradıcılıq ezamiyyətlərində olub. Elmi tədqiqatlara daha çox vaxt ayırmaq üçün 58 yaşında təqaüdə çıxıb və İstanbula köçüb. Əski mətnləri zərrəbinlə oxuduğundan, Faruq bəyin sağ gözü tədricən zəifləyib və sonradan tamam tutulub. Üstəlik, əkiz oğlanlarından biri 25 yaşında yol qəzasında həlak olub və bu hadisə ünlü türkoloqu tam sarsıdıb...
Faruq Sümər 1995-ci ildə İstanbulda qaraciyər xərçəngindən vəfat edib və Qozludakı ailə məzarlığında dəfn olunub.
XS
SM
MD
LG