Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

«Etirazlar davam edəcək, çünki belə yaşamaq olmaz»


"İrs" partiyasının sədr müavini Armen Martirosian döyülüb, polisə aparılır

"İrs" partiyasının sədr müavini Armen Martirosian döyülüb, polisə aparılır

-
“Mənim Sarkisianla şəxsi-qərəzliyim yoxdur. Əksinə, mən onu xeyirxah və yaxşı adam hesab edirəm”.

Bəs problem nədədir? - Ermənistanda demək olar ki, hamının sevimlisi və öz sözünü deməkdə heç kimdən çəkinməyən Ruben Hakhverdian nə cavab verir?

"AZAD OLAN QUL AZADLIQ İSTƏMİR, QULDAR OLMAQ İSTƏYİR"

“Armenia Today”in mətbuat konfransına geniş yer verdiyi tanınmış bard, öz şeirlərinə özü musiqi bəstələyib, oxuyan Ruben Hakhverdian deyir ki, Sarkisianın problemi Dağlıq Qarabağdan olmağıdır.

Bard deyir: “Dağlıq Qarabağ Azərbaycan SSR-in əyaləti idi. Orda tam quldarlıq quruluşu hökm sürürdü. O quruluşdan azad olan qul azadlıq istəmir. O, quldar, qul sahibi olmaq istəyir”.

Hakhverdiandan soruşublar ki, bəs Ermənistandakı proseslərə onun proqnozu nədir?
Axverdian deyib: “Mənim fikrimcə, etirazlar davam edəcək. Çünki belə yaşamaq olmaz.”

HOVANNİSİANIN NİTQİNDƏ “ÇOXLU SU” VAR

Aprelin 9-da Raffi Hovannisian tərəfdarlarının prezident iqamətgahına yürüşü haqda bard deyib ki, “heç kim gözləmirdi ki, adamlara imkan verəcəklər ki, gedib Sarkisiana onun haqda nə düşündüklərinin hamısını desinlər”.

Aprelin 9-da dünya tarixində ilk dəfə bir ölkədə iki andiçmə mərasimi oldu. Bu mərasimlər haqda bard nə fikirdədir?


Raffi Hovannisian tərəfdarlarının yürüşü 9 aprel

Raffi Hovannisian tərəfdarlarının yürüşü 9 aprel

O deyir: “Hovannisian yaxşı danışırdı, ancaq onun çıxışında çoxlu “su” var idi”. “Mən Hovannisiandan məyus olmamışam. Bu, belə də olmalı idi. Əgər xalq Hovannisiandan məyus olsa, onda onun yerinə başqaları gələcək. “ “İndinin özündə belə hazırlıqlı adamlar var”

Sarkisianın andiçməsi haqda Hakhverdian deyib ki, “Serj Sarkisian üzündən oxuyaraq danışırdı. 2008-ci ildə o, “Ermənistan, irəli” deyirdi, geri getdik. İndi “Rifahlı Ermənistan “ deyir, belə başa düşürəm ki, bizim vəziyyətimiz pisləşəcək”.

DAŞNAKLAR DA GƏLMƏDİ

Azadlıq Radiosunun Erməni Xidmətinin məlumatına görə, Serj Sarkisianın inaqurasiyası parlamentin xüsusi iclası çərçivəsində keçirilirdi, burda parlamentin bütün deputaları iştirak etməli olsa da, “İrs” , Erməni Milli Konqresi və Daşnaksütun partiyalarının deputaları bu iclasa gəlmədi.

“Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx “Qaqo” Qaqik Tsarukyan da andiçmədə yox idi.

NƏ SARKİSİANI TANIYIR, NƏ KATOLİKOSU

Sarkisianla eyni vaxtda öz andiçmə mərasimini keçirən Raffi Hovanissian deyib ki, “o, Sarkisianın mərasimini izləməyib. Ancaq Sarkisian yalandan and içibsə, Katolikos bu yalan anda xeyir-dua veribsə, onda o, nə Sarkisianı tanıyır, nə də katolikosu”.

Qaregin Sarkisiana xeyir-dua verir 9 aprel

Qaregin Sarkisiana xeyir-dua verir 9 aprel

(Xatırladaq ki, 3 gün əvvəl Hovanisian Azadlıq Radiosunun Erməni Xidmətinə müsahibəsində Katolikos İİ Qareginə müraciət etmişdi ki, Sarkisianın andına xeyir-dua verməsin, çünki yalandan and içmək xristianlıqda qadağandır) .

Hovanissianın andiçmə mərasimində toplaşanlara yeni konstitusiyanın nüsxələri paylanıb. Bu, hakimiyyətin xalqa qaytarılmasının rəmzi olub.

Hovanissianın içdiyi andı meydana toplaşanların hər biri sözbəsöz təkrar edirdi. Orda deyilirdi:

“Mən, Ermənistan vətəndaşı, Ermənistan respublikası naminə indiki qanunsuz hakimiyyətlə əlaqələri qırıram. Saxta hakimiyyəti tanımıram, yalançı qanunlara və qanunsuz əmrlərə tabe olmuram. Mənə səlahiyyəti haqq verir. Mən qorxmuram, satılmıram, geri çəkilmirəm”

Hovannisian öz tərəfdarlarının növbəti kütləvi aksiyasını aprelin 12-nə təyin edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG