Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20
-

Bakıda yeni kampaniya başlanıb: Gürcüstandakı azərbaycanlılara kitab yardımı.

"Kitabını paylaş, soydaşlarının təhsilinə dəstək ol" adlanan kampaniya çərçivəsində toplanan kitabların bu ayın sonuna kimi Gürcüstana göndərilməsi planlaşdırılır.

“Hədəf” nəşriyyatının bu kampaniyası Marneuli rayonu Sadaxlı kənd orta məktəbinin şagirdlərini kitablarla təchiz etmək məqsədilə keçirilir.

Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, aşağıdakı kitablar toplanır:

1. Bütün fənlər üzrə test topluları (9, 10 və 11-ci siniflər üçün) - 200 ədəd
2. İxtisas qrupları üzrə sınaq imtahanı kitabçaları - 600 ədəd
3. Bloknotlar - 100 ədəd
4. Bədii kitablar - 50 ədəd
5. Dərs vəsaitləri və testlər - 30 ədəd
6. Orta siniflər üçün (5, 6, 7, 8) test topluları - 50 ədəd
7. Bütün məktəblilər üçün Hədəf Kurslarının "İSQ" aylıq tədris jurnalının son buraxılışı - 100 ədəd.


Gürcüstandakı azərbaycanlıların Azərbaycan dili, Ədəbiyyat və Azərbaycan tarixi kitablarına daha çox ehtiyacı var.

Kampaniya davam edir. Dəstək olmaq istəyənlər duygu.azerbaijan@gmail.com ünvanı ilə əlaqə saxlaya bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG