Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:59

Saakashvili Rusiya ilə müharibəyə görə ifadə verə bilər


 Mikheil Saakashvili

Mikheil Saakashvili

Gürcüstan prezidenti Mikheil Saakashvili 2008-ci ildə Rusiya ilə müharibəyə görə ifadə verə bilər.

Bunu ölkənin baş naziri Bidzina İvanishvili bəyan edib.
Həmçinin hakim partiyadan olan deputatların lideri David Sangelidze bu gün bildirib ki, parlament komissiyası müharibənin səbəbi və fəsadlarını araşdıracaq.

Bundan əvvəl müdafiə naziri İrakli Alasaniya da televiziyaya müsahibəsində nazirliyin bu müharibəni araşdıracağını bildirib.

Moskva bu müharibədən sonra Gürcüstanın separatçı bölkələri olan Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.

Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkisində indiki baş nazir Bidzina İvanishvilinin “Gürcü arzusu” bloku qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG