Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41
Cənubi Koreya ilə ABŞ birgə hərbi müşahidəni gücləndiriblər.
ABŞ və Cənubi Koreya rəsmiləri hesab edir ki, Şimali Koreya 2 orta mənzilli balistik raketin sınağını keçirə bilər.

Cənubi Koreyanın xarici işlər naziri Yu Bayenq-se (Yun Byung-se) xəbərdarlıq edib ki, sınaq istənilən vaxt keçirilə bilər.

Şimali Koreya bu günlərdə BMT təhlükəsizlik şurasının yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Seulla barışıq razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.

Pxenyan çərşənbə axşamı müharibə təhlükəsinə görə Cənubi Koreyadakı xaricilərə bu ölkədən çıxmağı təklif edib.

Şimali Koreya həmçinin öz ərazisindəki diplomatik nümayəndəliklərə evakuasiya məsələsinə baxmağı məsləhət görüb.

BMT-nin baş katibi Ban Kİ Moon xəbərdarlıq edib ki, istənilən insident yarmadada idarəolunmaz vəziyyətə səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG