Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:56

«Total» «Abşeron» yatağından ilk qazı 2020-ci ildə alacaq


«Total» şirkəti Azərbaycanın «Abşeron» yatağından ilk qazın 2020-ci ildə alınacağını gözlədiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə şirkətin baş meneceri Christian Giudicelli deyib.

Yataqda hasilat həcmlərinə məsələsinə toxunan Giudicelli qeyd edib ki, proqnozlara əsasən, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın illik həcmi 3-5 milyard kubmetr səviyyəsində nəzərdə tutulur.

Giudicelli deyib ki, hazırda hazırlıq işləri aparılır, xüsusilə sualtı infrastrukturun yaradılması məsələsi, quyuların qazılması üçün qazma qurğularının cəlb edilməsi və digər məsələlər nəzərdən keçirilir.

Yatağın potensial ehtiyatı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.
XS
SM
MD
LG