Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Qurbanəli bəyin tapançasını gözünə soxardılar


Aqil Abbas
Aqil Abbas
-

Son günlər hədəfdə Mirzə Cəlildi, Sabirdi və təbii ki, "Molla Nəsrəddin" jurnalıdı.


Aqil Abbas


QURBANƏLI BƏYİN TAPANÇASINI GÖZÜNƏ SOXARDILAR


Nə olar Rəsul Həmzətov deyəndə, ağıllı fikirdi: "Keçmişə güllə atsan, gələcək səni topa tutacaq!"

Biz keçmişə güllə atmırıq ey, güllə atsaq dərd yarıdı, biz keçmişə top atırıq.

Bu məntiqlə gələcək də bizə atom bombası atacaq, sonra biz də yaponlar kimi bu atom bombasının təsirindən kəndimizə gəlib daha ağıllı işlərlə məşğul olacağıq.

Məsələ nədi. Uzun müddətdir ölkədə müəyyən bir qrup şəxs millətin inanclarını, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini aşağılamaqdan, nüfuzdan salmaqdan ötəri qollarını, daha dəqiq desək, qələmlərini çırmalayıb düşüblər mətbuatın canına.

Elə bil kimlərinsə qarşısında öhdəlik götürüblər. Özü də bu şəxslər tanınmış ziyalılardı, ağıllı və çox savadlı insanlardı.

Sanki qarşılarına belə bir məqsəd qoyublar ki, bu millətin bütün qəhrəmanlarını yerlə-yeksan etsinlər və dünyaya göstərsinlər ki, bu millət şəxsiyyət yetişdirməyə qadir deyil.

Babək haqqında, Nəsimi, Şah İsmayıl, Koroğlu, Qacar, Mirzə Fətəli Axundov, Qaçaq Nəbi, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sabir, Mirzə Cəlil, Elçibəy (tam siyahı deyil) haqqında nələr yazmırlar, nələr uydurmurlar, nələri müzakirə mövzusuna çevirmirlər?!

Allah sənə rəhmət eləsin, Səməd Vurğun, yaman demisən! Amma yazmıram. Çünki həmin şəxslər millətimiz üçün az-çox gərəkli insanlardı və mənim də onlara az-çox hörmətim var. Zaman-zaman onlara cavab verməyə çalışmışam. Başqa ziyalılarımız da onlara sözlərini deyiblər və deyirlər, amma xeyri yoxdu.

Son günlər hədəfdə Mirzə Cəlildi, Sabirdi və təbii ki, "Molla Nəsrəddin" jurnalıdı.

Bu dəqiqə həvəsim yoxdu bu mənasız və zərərli müzakirəyə qoşulmağa, amma bir məsələyə toxunmaya bilmərəm.

Oxudum, deyirlər ki, "Qurbanəli bəy Mirzə Cəlilin başına tapança dirəyibmiş".

Əvvəla, Mirzə Cəlil Qurbanəli bəyi aşağılamaq üçün o hekayəni yazmayıb. Həmin
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə
ekayədə Ustadın məqsədi tamamilə başqa bir məsələdir, özü də çox ciddi məsələ. Həmin hekayəni diqqətlə oxusalar, Qurbanəli bəyin qaçıb axurda gizlənməsinin səbəbini anlamaq üçün alim olmaq lazım deyil.

Keçək ikinci məsələyə. Mirzə Cəlil sıradan bir adam deyildi ki, "kakoy-nibud" bir Qurbanəli bəy onun başına tapança dirəyəydi.

Həmidə xanım Mirzə Cəlilin namusu olduğu kimi, Mirzə Cəlil də Həmidə xanımın şərəfi, başının tacı idi. Kimin hünəri çatardı ki, Pənah xanın nəvəsi, hətta Ağa Məhəmməd şah Qacar kimi bir sərkərdənin belə çəkindiyi Məmməd bəy Cavanşirin nəvəsi Həmidə xanımın - Mircəfər Bağırov kimi bir əjdahanın qabağından qaçmayan, heç dəvətini qəbul etməyən Həmidə xanımın - başının tacına, şərəfinə silah çəkəydi. Həmidə xanım həmin adamı (bəy yox, lap xan olsun) deşik-deşik edərdi. Və Qurbanəli bəyi də at axuruna yox, it damına salardı.

Sonrası. Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər Səttarxanın igid komandirlərindən biriydi. Millətinin şərəfini, qeyrətini qoruyan bir igid öz doğma qardaşına edilən həqarəti yeyə bilərdimi? Gəlib Qurbanəli bəyi ağaca keçirərdi.

Özü də həmin vaxtlar xəstələndiyindən Kəhrizlidə, Mirzə Cəlilgildə yaşayırdı. Yeri gəlmişkən, elə Kəhrizlidə vəfat edib və Əhməd bəy Cavanşirin qəbrinin yanında dəfn olunub.

Daha sonra. İçində bir qıça da qorxu hissi olmayan Mirzə Cəlil Qurbanəli bəyin qabağından qaçardımı?!

Bu bir həqiqətdir ki, Qarabağ bəylərinin bir çoxu Mirzə Cəlili sevmirdi. Bilirsiz niyə? Yazılarına görə yox, heç indi - XXI əsrdə bəylər yazı oxumur, ondakı XX əsrin əvvəlləri ola.

Bəylər Mirzə Cəlili oxusaydılar XX əsrin sonlarında Məmməd Araz yazmazdı:

Biz niyə bu günə düşdük, ay dədə?!

Qarabağ bəylərinin bir çoxu Mirzə Cəlili ona görə sevmirdilər ki, Həmidə xanım onları yox, Mirzə Cəlili seçmişdi.

Bəli, Xan nəvəsi bəyləri deyil, Mirzə Cəlil Xanı seçmişdi.

Qurbanəli bəy Mirzə Cəlilin başına tapança dirəmişdi?! Ay siz öləsiz!

Qafqazinfo
XS
SM
MD
LG