Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

«ATV İnternational»ın yeni sahibi SOCAR-dır


«ATV İnternational» kanalının yeni loqosu - «Caspian İnternational Broadcasting Company»

«ATV İnternational» kanalının yeni loqosu - «Caspian İnternational Broadcasting Company»

-
«Azad Azərbaycan» (ATV) televiziya kanalına məxsus «ATV İnternational» bundan sonra SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tabeliyində fəaliyyət göstərəcək.

Bunu, aprelin 10-da keçirdiyi mətbuat konfransında ATV-nin prezidenti Vüqar Qaradağlı deyib. Onun sözlərinə görə, 2009-cu ildə yaradılan «ATV İnternational»ın müasir texnologiyalardan istifadə məsələsində problemlər yaranıb:

«Milli-dövlətçilik, diaspora işləri istiqamətində uğurlu fəaliyyət göstərən «ATV İnternational» 2009-cu ildə yaradılıb. Demək olar ki, qarşıya qoyulan bütün məqsədlərinə çatıb. «ATV İnternational» kommersiya kanalı olmadığına görə, yaranmış problemləri həll etməkdə çətinliklər əmələ gəlib, kanalın satışa çıxarılması qərara alınıb».

ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov isə deyib ki, kanalın satışı ilə bağlı təkliflər Neft Şirkəti tərəfindən müsbət dəyərləndirilib:

«ATV İnternational» televiziya kanalının direktoru Azər Xəlilov və ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov

«ATV İnternational» televiziya kanalının direktoru Azər Xəlilov və ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov

««ATV İnternational» qısa bir zamanda regionda öz fəaliyyəti ilə seçildi. ARDNŞ təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində beynəlxalq layihələr gerçəkləşdirir. Rəhbərlik ilə müzakirələrdən sonra qərara alındı ki, «ATV İnternational»a dəstək verilsin».

Kanalın büdcəsinə gəlincə Xaliq Məmmədov hələlik bu haqda məlumat olmadığını deyib:

«Amma ümumi SOCAR rəhbərliyinin fikri belədir ki, televiziyaya lazım olan məbləğ ödəniləcək».

Mətbuat konfransında «ATV İnternational»ın adının dəyişdirildiyi, kanalın bundan sonra «CBC» (Caspian International Broadcasting Company) adı altında fəaliyyət göstərəcəyi bildirilib.

Aprelin 2-də Milli Televiziya və Radio Şurasının iclasında «Caspian İnternational Broadcasting Company» şirkətinə peyk vasitəsilə televiziya yayımları aparmaq üçün 6 illik lisenziya verilib.

Kanal fars, erməni, rus, ingilis dillərində yayımlanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG