Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38
Bu barədə Şəmkir rayon Polis şöbəsindən məlumat verilib.

Bildirilib ki, ötən gecə əsən güclü külək nəticəsində çinar ağacı avtomobil yoluna aşıb və həmin vaxt yolda hərəkətdə olan «VAZ-2011» markalı avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Avtomobilin sahibi, Ağstafa rayon sakini 51 yaşlı Lətif Mehdiyev yerindəcə vəfat edib. Sürücünün həyat yoldaşı, 47 yaşlı Fatmanisə Mehdiyeva isə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

KÜLƏK SAMUXUN 3 YAŞAYIŞ MƏNTƏQƏSİNİ İŞIQSIZ QOYUB

Bu barədə Samux rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Məlumata görə, ötən gecə külək nəticəsində Samuxun elektrik dirəklərində naqillər qırılıb.

Rayonun Qarayeri və İnstitut qəsəbələrində, eləcə də Qırmızı Samux kəndində elektrik verilişi dayandırılıb. Səhər saatlarında İnstitut qəsəbəsinin enerji verilişi qismən bərpa edilib.

Digər iki yaşayış məntəqəsində isə hələ də elektrik yoxdur.

Samux rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, günün ikinci yarısınadək bütün məntəqələrdə elektrik verilişi təmin olunacaq. Bu ərazilərdə yaşayan abonentlərin sayı təxminən 400-dən çoxdur.
XS
SM
MD
LG