Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

Ağstafada qadınların 4-cü qurultayı keçirilib


Arxiv foto
Arxiv foto
Qurultayda rayon qadınlarının ictimai və siyasi həyatdakı rolu müzakirə edilib.

Qurultayda deputat Qənirə Paşayeva iştirak edib və bildirib ki, cəmiyyət üçün qlobal problem olan erkən nigah, boşanmalar və narkomaniya kimi problemlərin həllinə yönəlik yeni layihələr hazırlayacaqlar. Layihələr regional şəkildə icra ediləcək.

Ağstafa əhalisinin 50%-dən çoxunu qadınlar təşkil edir. Onların 26 min 745 nəfəri əmək qabiliyyətlidir və hazırda 18 min 200 nəfəri müxtəlif sahələrdə çalışır.
XS
SM
MD
LG