Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:31

Avropa Şurası Nazirlər Komitəsinin bir qrup səfiri Azərbaycana gəlib


Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupuna (GR-DEM) daxil olan bir neçə ölkənin səfirlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

APA-nın məlumatına görə, səfərdə məqsəd Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədə demokratiya və insan hüquqları sahəsində durumu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini öyrənməkdir.

Nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupunun (GR-DEM) sədri, Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, xanım Urszula Gacek rəhbərlik edir.

Səfər aprelin 11-də yekunlaşacaq.

Azərbaycan buna qədər AŞNK-nin «Aqo qrupu» adlanan qurumun monitorinqi altında olub. «Aqo» qrupu ləğv edilsə də, Azərbaycandakı vəziyyəti AŞNK-nin Demokratiya naminə Məruzəçilər Qrupu (GR-DEM) izləyir.
XS
SM
MD
LG