Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:51
-

Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgərinin yaralandığı bildirilir.

APA-nın məlumatına görə, hadisə ötən gün cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Əsgər, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu ayağından güllə yarası alıb. Hospitala yerləşdirilən əsgərin vəziyyətinin normal olduğu bildirilir.

Müdafiə Nazirliyi agentliyə faktı təsdiqləyib.

F. Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bu arada aprelin 9-da qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində həlak olub.

2013-cü ildə həlak olduğu Azərbaycan hərbiçilərin sayı 24-ə çatıb.

Müstəqil hərbi ekspertlərin məlumatına görə, son 10 ildə Azərbaycan ordusu təxminən 700 hərbi qulluqçusunu itirib. İtkilərin 85 faizi dinc şəraitdə baş verib. Deyilən zaman çərçivəsində intihar edən əsgərlərin sayı 100-ə yaxın olub.

Təxminən 130 hərbi qulluqçunun zorakılıq nəticəsində öldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG