Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:40

Parfümeriya və kosmetik vasitələr idxal edən 6 qurum cəzalandırılıb


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəsmi məlumat yayıb. «Media forum» saytına verilən məlumatda deyilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti idxal olunan və satılan parfümeriya və kosmetik vasitələrin (ənlik, kirşan, göz kölgəsi və s.) keyfiyyətinə nəzarət tədbirlərini gücləndirib:

- İlin ilk 3 ayı ərzində adıçəkilən məhsulların idxalı və satışı ilə məşğul olan 7 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Nəzarət tədbirləri zamanı kompakt şəkilli dekorativ kosmetik vasitələr, dırnaq boyaları, dəri üçün kremlər, ətirlərin keyfiyyətinin Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu araşdırılıb.

Araşdırmalar nəticəsində 6 təsərrüfat subyektində nöqsanlar aşkar olunub, həmin müəssisələrə parfümeriya və kosmetik vasitələrin idxalı qadağan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG