Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Ronaldo Qalatasarayın 3 gözəl qolunu heç edir


Ronaldonu "havada" saxlayan Qalatasaray "quru"da ondan müdafiə oluna bilmədi

Ronaldonu "havada" saxlayan Qalatasaray "quru"da ondan müdafiə oluna bilmədi

Qalatasaray İstanbul – Real Madrid 3-2, ümumi hesab 3-5.

Qalatasarayın ən fanatik azarkeşlərini nəzərə almasaq, heç kim bu görüşdən əvvəl Türkiyə klubunun öz rəqibinə 4 top fərqi ilə qalib gələcəyinə inanmırdı. Hər halda, söhbət Avropanın ən güclü klublarından biri, Real Madriddən gedirdi. Çempionlar liqasının 1/4 finalının Madriddə keçən birinci görüşündə Real Qalatasarayın qapısına 3 cavabsız top vurmuşdu.

0 - 1

Oyunun 7-ci dəqiqəsində, Ronaldo hesabı açanda Qalatasaray azarkeşlərinin ən zəif ümid işartısı da sönmüş kimi görünürdü. Özil Khediranı cərimə meydançasının sağ kənarında əlverişli mövqeyə çıxardı, o da öz növbəsində topu qapı xəttinə paralel ötürəndə Ronaldo qapıçını və müdafiəçiləri qabaqladı. İndi Türkiyə klubuna 5 qol vurmaq lazım idi.


1-1

İkinci hissədə Qalatasaray azarkeşlərində möcüzəyə inam hissi yenidən baş qaldırdı. Bir-birinin ardınca Realın qapısına bir-birindən gözəl 3 qol vuruldu.

Əvvəl Wesley Sneijderin cərimə meydançasındakı geriyə ötürməsinə yetişən Emmanuel Eboue güclü və dəqiq zərbə ilə topu Real qapısının 9luğuna sancdı.

2-1

Sonra Sneijderin özü topu elə qəbul elədi ki, bunu eyni vaxtda 2 rəqib müdafiəçisinin aldadılması fəndi də adlandırmaq olardı: sürətlə cərimə meydançasına daxil olub, qapıçının sol tərəfindən rahatca topu qapıya vurdu. Bu zərbə ilə Hollandiyalı Qalatasaray legioneri bir növ özünə bərait qazandırdı. Bir neçə dəqiqə əvvəl, o, 5-6 metrlik məsafədən hədəfdən yayınmışdı. Belə vəziyyətlərə azarkeşlər “vurmamaq, vurmaqdan asandır” deyirlər.

3-1

Və nəhayət Didier Drogbanın “daban qolu”! O, topu qəbul edəndə arxası qapıya tərəf idi. Topun və özünün sürətindən məharətlə istifadə edib Drogba dabanı ilə onu özündən uzaq qapı küncünə yönəltdi.

İndi hesab 3-1 idi. Qalatasaraya 2 top vurmaq lazım olsa da, psixoloji üstünlük onların tərəfində idi. Oyunun sonuna da “möcüzəyə bəs edən qədər” vaxt qalırdı. Sonuncu dəqiqələrdə isə Qalatasaraya daha bir üstünlük verildi, hakim Real-ın oyuncsu Alvaro Arbeloa-ya qırmızı vərəqə göstərdi (2-ci sarı). Təkrarda onun şəhadət barmağının gicgahında fırladaraq hakimə narazılığını bildirdiyi görünürdü. Belə çıxırdı ki, Azərbaycanca ”sənin başın çatmır” mənasını verən bu jest başqa dillərdə də təhqir mənasını daşıyırmış.

3-2

Lakin Ronaldo növbəti qolunu vurub bütün “i”lərin nöqtələrini yerinə qoydu.
Məşqçilər Joze MaurinioFatih Terim hələ oyun bitməmiş quçaqlaşdılar. Həqiqətən də layiq rəqiblərin gözəl oyunu idi.

Real Madrid yarımfinala çıxdı.

Yarımfinalın daha bir iştirakçısı Dortmundda müəyyən olundu. Borussia Dortmund (Almaniya) sonuncu dəqiqələrdə İspaniyanın Malaqa klubundan qələbəni oğurlaya bildi(3-2). Birinci oyunda tərəflər meydanı quru hesabla tərk etmişdilər (0-0)

Yarımfinalın daha 2 iştirakçısı bu gün, Barselona-Pari Sen-Jermen Yuventus-Bavaiya görüşlərində müəyyən olunacaq.

Səncə bu il Çempionlar liqasını hansı klub udacaq? Almanlar, yoxsa ispanlar? Sənin fikrin bizə və oxuculara maraqlıdır - Yaz, forumda iştirak elə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG