Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Ermənistan polisi mitinqçilərə xəbərdarlıq edib


Yerevanda mitinq
Yerevanda mitinq
Ermənistan polisi aksiyaçıları Yerevanın mərkəzindəki Baqramyan küçəsinin girəcəyindən dağılışmağa çağırıb və xəbərdarlıq edib ki, əks halda güc tətbiq olunacaq.

Bu güçədə prezident Serzh Sarkisianın iqamətgahı yerləşir.
Aksiyaçılar küçəyə girməyə cəhd göstərir.
Bu barədə RİA Novosti xəbər verir.

Bu gün Ermənistanda prezident Sarkisianın andiçmə mərasimi olub.
Eyni zamanda prezident seçkisində ikinci olan Raffi Hovanisian şəhərin mərkəzi meydanında ayrıca andiçmə mərasimi keçirib.

Hovanisianın tərəfdarları fevralın 18-də keçirilən seçkinin nəticələrinin saxtalaşdırıldığını deyir.

Rəsmi məlumata görə Sarkisian seçkidə 57 faizdən artıq, “İrs” partiyasının lideri və keçmiş xarici işlər naziri Raffi Hovanisian isə 36 faizdən bir qədər aertıq səs toplayıb.
XS
SM
MD
LG