Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Ban Ki Moon Pxenyanı növbəti gərginlikdən çəkinməyə çağırıb


 Ban Ki-moon

Ban Ki-moon

“Kiçik bir insident Koreya yarmadasında idarəolunmaz vəziyyətə səbəb ola bilər”.
Bunu BMT-nin baş katibi Ban Ki Moon deyib.

O Romada keçirdiyi mətbuat konfransında Şimlai Koreyanı gərginliyi artırmaqdansa, dünyada baş verən qloballaşmaya dövründə daha çox öz xalqının rifahını qaldırmağa çağırıb.

Şimali Koreya bu gün Cənubi Koreyadakı xariciləri bu ölkədən çıxmağa çağırıb və bildirib ki, müharibə olacağı halda onlar təhlükədə olacaqlar.

Pxenyan bu günlərdə BMT təhlükəsizlik şurasının yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Seulla barışıq razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG