Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:44

Nəqliyyat Nazirliyinin sözçüsü: «Sərnişinlər hər zaman haqlıdırlar»


-

Nəqliyyat FBMəkan

Facebook-dan birbaşa şərh yaz




ASAN xidmətin öz işçiləri üçün həftədə bir dəfə ictimai nəqliyyatdan istifadə günü elan etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu təqdir edənlər də var, qara PR sayanlar da.

İctimai nəqliyyatdan istifadənin təbliğata ehtiyacı varmı? Xüsusilə paytaxt Bakıda ictimai nəqliyyat tələbatı ödəyirmi?

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov:

- Bakıda nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Nəqliyyat sahəsində problemlər hələ də qalıb. Sərnişinlər keyfiyyətli nəqliyyatla təmin edilməlidilər.
- Nəqliyyat Nazirliyi sahibkarları dəvət edib, onlardan problemlər haqda maraqlanmalıdır.
- Nəqliyyat problemi hər bir vətəndaşı narahat edir...

Nəqliyyat Nazirinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov:

- İctimai nəqliyyatın təbliğata ehtiyacı var. Gələcəkdə nəqliyyat sahəsində yeni ödəmə, yeni texnologiyaya keçirik. Məhz buna görə təbliğata ehtiyac var. Nəqliyyat sahəsində problemlər var. Amma biz çalışırıq ki, biz bu məsələləri həll edək.
- Nəqliyyatın monopoliyada olması haqda deyilənlər əsassızdır. 50-dən çox sahibkar avtobus marşrutuna sahibdir. Hansı monopoliyadan söhbət gedir?
- Sərnişinlər hər zaman haqlıdılar. Biz çalışırıq ki, sərnişinlərə xidmət edək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov:

- İctimai nəqliyyatdakı problemlərlə bağlı tez-tez şikayətlər eşidirik. Sərnişinlərin bütün problemləri həll edilməlidir.
- Avtobus sürücüləri maaşla işləməlidilər. Sürücülər pul yox, xidmət arxasınca qaçmalıdılar.

YOTUBE-də BAX, FACEBOOK-da MÜZAKİRƏ ET
XS
SM
MD
LG