Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:04

Heykəlin sökülməsini belə izah edir [Video]


Diktator heykəlinin aqibəti
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Diktator heykəlinin aqibəti

-
Aprelin 9-da Saddam Huseinin Bağdaddakı heykəlinin uçurulmasından 10 il keçir.
AzadAvropa/ AzadlıqRadiosunun əməkdaşı Ron Synovitz 2003-cü ildə İraq müharibəsini işıqlandırmaq üçün regiona ezam olunmuşdu. ABŞ qoşunları ilə birlikdə Küveyt ərazisindən Bağdada qədər gedən Ron 1 ay ərzində İraq mühasirəbsindən reportajlar verirdi. Saddam Huseinin heykəlinin uçurulması ilə bağlı sualımızı eşidəndə təəssüfünü gizlətmədi.

- Beynəlxalq mediada heykəlin uçurulması günü ilə Bağdadın alınması tarxini eyniləşdirmək məndə ancaq gülüş doğurur. Çünki mənim müşayət etdiyim hərbi hissə Bağdadın ətrafına haradasa aprelin 4-də çıxmışdı. Bundan sonra azından 6 gün şəhərdə, daha sonra isə onun ətrafında və o zaman Saddam Huseinin adını daşıyan beynəlxaql aeroport uğrunda ağır döyüşlər getdi.

Sual: Yəni heykəl uçurulan gün, hələ döyüşlər davam edirdi?

- Elədir, həmin gün mən heykəl olan meydanda deyil, aeroport səmtdə döyüşlər
Ron Synovitz İraqda
Ron Synovitz İraqda
aparan hərbi hissə ilə idim. Praqaya reportaj verəndə, redaktorum az qala zarafatla məni təkzib edirdi: “Sən nə danışırsan, necə yəni döyüşlər gedir? Müharibə bitdi! İndicə televiziyada göstərdilər ki, Saddam Huseinin heykəlini aşırırlar”. Lakin mən bu fikirdə deyildim. Qoşunlar böyük sürətlə səhranı keçərək indi-indi güclü müqavimət göstərən Saddamın qvardiyası ilə döyüşlərə girirdi. Onların müqavimətinin qlrılması, İraq rejimini mütəşəkkil hərbi əməliyytalar aparmaq imkanından məhrum edilməsi - bütün bunlar hələ qabaqda idi.

Sual: Belə çıxır ki, heykəlin ucurulması xalqın qəzəbi deyildi, daha çox simvolik idi?

- Təbliğat, demək istəyirsiz? Bu hadisədən bir gün əvvəl mən 2-ci diviziyanın əsgərləri qalan çadırda gecələyirdim. Onlar heykəlin sökulməsi əməliyyatını hazırlayırdılar. O şəraitdə eynilə sizin verdiyiniz sual mənim də ağlına gəldi. Lakin... Bu gün həmin hadisələr haqda danışanlar, tam mənzərəyə deyil, epizodlara diqqət edirlər, müharibənin kontekstini itirirlər. Axı o zaman vəziyyət necə idi? Saddam rejiminin təbliğat naziri – Bağdadlı Bob (Komik Əli) - hər gün televiziyada çıxış edirdi - istəsən indi də gedib YouTibe-da o cıxışlara baxa bilərsən. O deyirdi ki, ABŞ qoşunları darmadağın edilir, az qala hər bir şəhərdə çoxlu itki verirlər, əmin edirdi ki, biz (İraq ordusu - red.) onları hər yerdə mühasirəyə alırıq, amerika əsgərləri də ya özlərinə qəsd edir, ya da bizə təslim olurlar. Heykəlin sökülməsi də İraq informasiya nazirinin bu çıxışlarına cavab kimi nəzərdə tutulmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG