Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50

Cəlilabad sakinləri İsrail səfirliyini partlatmağa cəhddə təqsirləndirilirlər


-
Dövlətə xəyanətdə və terrorda təqsirləndirilən Cəlilabad rayon sakinləri İbrahim Sadıqov, Azər NəzərovFariz Bayramovun Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində 1 ilə yaxın davam edən istintaqı yekunlaşıb.

İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Ənvər Seyidovun icraatına verilib. Aprelin 9-da məhkəməyə hazırlıq iclası keçirilib.

Ötən il aprelin 19-da həbs olunan Cəlilabad sakinlərinə qarşı irəli sürülən ittihama əsasən, onlar İran İnqilab Keşikçiləri Korpusu – «Sepah» təşkilatı ilə əməkdaşlığa cəlb olunublar. Həmin təşkilatın tapşırıqlarını yerinə yetirmək kimi öhdəliklər götürüblər. MTN-nin qənaətinə görə, həbs olunan şəxslərin hədəfi İsrailin Azərbaycandakı səfirliyinin inzibati binası olub.

Cəlilabad sakinlərinə qarşı qanunsuz silah saxlama ittihamı da irəli sürülüb. İttiham aktına görə, həmin silahları MTN əməliyyatçıları saxlananların evlərində axtarış apararkən aşkar ediblər.

Məhkəmə baxışı aprelin 15-nə təyin olunub.

Hakim işdə dövlət əhəmiyyətli məxfi məlumatların olduğunu bildirərək məhkəmə iclasının qapalı keçiriləcəyini deyib.

Hər üç şəxs 2010-cu ildə Cəlilabadda keçirilən «hicaba azadlıq» aksiyalarında fəal iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG