Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:29

«Vasif Talıbov «Qlanula» kartofu əkilən sahəyə baxış keçirmişdir...»


Arxiv foto
Arxiv foto

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 5 aprel 2013

«ARAZ» ELM-İSTEHSALAT BİRLİYİNİN YARDIMÇI TƏCRÜBƏ TƏSƏRRÜFATINA BAXIŞ OLMUŞDUR

Muxtar respublikada fermerlərin, torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində, əkinçilikdə yeni metodların tətbiq olunmasında Akademik Həsən Əliyev adına «Araz» Elm-İstehsalat Birliyi də mühüm rola malikdir.

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov «Araz» Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına gələrək əkin sahələrinə baxmışdır.

...Bildirilmişdir ki, bu ilin məhsulu üçün yardımçı təcrübə təsərrüfatında şırım üsulu ilə 40 hektar taxıl əkilib. Bu üsul su itkisinin, torpağın yuyulmasının qarşısının alınmasında mühüm rol oynayır. Səpin zamanı məhsuldar buğda və arpa sortlarından istifadə olunub. Həmçinin bu il yardımçı təcrübə təsərrüfatının 20 hektarında yonca, 3 hektarında isə «Qlanula» kartof sortu əkilmişdir. Yüksək məhsuldarlığı və yerli iqlimə uyğunluğu ilə seçilən bu sort təcrübə-sınaq müddəti başa çatdıqdan sonra əkin üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə tövsiyə olunacaqdır.

Qeyd olunmuşdur ki, 2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının icrası muxtar respublikada bostan və tərəvəz əkini sahələrinin daha da genişləndirilməsinə şərait yaratmışdır. Yardımçı təcrübə təsərrüfatının 2,5 hektarında bostan və tərəvəz bitkiləri əkiləcəkdir.

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANA DİQQƏT DAHA DA ARTIRILMALIDIR

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Şərur rayonunda müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq sözügedən müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb. Qeyd olunub ki, yığıncağın keçirilməsində məqsəd qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların qısa müddətdə keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi və konkret istiqamətlərin müəyyənləşdirilməsindən ibarətdir.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə yetişməkdə olan gənc nəslin fiziki sağlamlığının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin yüksək səviyyədə təşkili qarşıya vəzifə kimi qoyulmuşdur. Son illər rayonumuzda xeyli sayda ümumtəhsil məktəbi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur...
XS
SM
MD
LG