Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

Bircə sualı cavabla - iPod qazan! (Ötən həftənin sualına cavab: "Qəzəb salxımları")


iPod Shuffle

iPod Shuffle

-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı əsərdəndir?

“Qəfil anladı ki, gözəlliyi onu məhv edir, sanki bir şiş olub, xərçəng olub canını ağrıdır. Zahiri görkəminin mükəmməlliyi ağır bir daş olub onu əzir, bir anlıq da olsa, fikrindən çıxmır. O hiss ki, hələ uşaqlıqdan içinə hakim olmuşdu, indi isə həmin hissin ucbatından, qovularaq heydən salınmış heyvan kimi təslim olub bədənini hara gəldi atmağa, yıxmağa hazır idi. Bu yükü çəkmək daha mümkün deyildi. Şəxsiyyətini bu gərəksiz kabusdan xilas etməli idi…”

Cavabınızı aprelin 15-ə qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

Con Steynbek. "Qəzəb salxımları"

Cəmi 4 düzgün cavab göndərilib.

(Əksər cavablar səhv olub. O cümlədən: Corc Oruelin "Heyvanıstan" əsəri və s.)

Püşkatma nəticəsində qalib Pərvanə Qurbanlı olub.

Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız hələ 5 həftə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorinada iştirak edə bilməz).

Günün bütün mövzuları

XS
SM
MD
LG