Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

Havanın temperaturu 5-6 dərəcə enir


Aprelin 9-u axşamdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 9-da axşam saatlarından başlayaraq Azərbaycanda hava şəraitinin dəyişiləcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 9-da axşamdan ayın 11-dək güclü şimal-qərb küləyi əsəcək. Aprelin 8-i və 9-u ilə müqayisədə aprelin 10-11-də havanın temperaturu 5-6 dərəcə enəcək.

Aprelin 10-da paytaxtda gündüz saatlarında 15-19 dərəcə isti olacaq. Ötən günlərdə isə Bakıda və Abşeron yarımadasında 20-25 dərəcə isti müşahidə edilib. Həmin günlərdə havanın temperaturu normadan 7-8 dərəcə yüksək olub.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Qısamüddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq. Havanın temperaturunun Aran rayonlarında gündüz 20-25, dağlıq rayonlarda 10-15 dərəcə isti gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG