Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52
Şimali Koreya Cənubi Koreyadakı xariciləri bu ölkədən çıxmağa çağırıb və bildirib ki, müharibə olacağı halda onlar təhlükədə olacaqlar.

Bunu bu gün Şimali Koreyanın dövlət televiziyası bəyan edib.
Bu Pxenyanın son belə bəyanatıdır.

Şimali Koreya həmçinin ötən həftə ölkədəki diplomatik nümayəndəliklərə ölkədən çıxmağı təklif edib.
Məlumatlara görə Şimali Koreya özünün cənub sahilində azı 1 raket yerləşdirib.
Pxenyan həmçinin iki ölkə arasındakı azad ticarət zonasını bağlayıb.

Şimali Koreya bu günlərdə BMT təhlükəsizlik şurasının yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Seulla barışıq razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG