Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13
-

Aprelin 9-da Avrasiya Əməkdaşlıq Fondu ilə «Yeni Nəsil» Jurnalistlər Birliyi korrupsiyadan yazan jurnalistləri mükafatlandırıb.

Mükafatlandırılan 6 jurnalist arasında AzadlıqRadiosunun müxbiri Nüşabə Fətullayeva da var. O, «Prezident səfər etdiyi Qobustan qəsəbəsi 2 il sonra...» reportajına görə mükafat alıb.

Digər qaliblər Elxan Salahov (Lent.az), Ramin Deko («Azadlıq» qəzeti), Gültəkin Knyazqızı («Azadlıq» qəzeti), Rəşad Rüstəmov («Zerkalo» qəzeti), Fərman Nəbiyevdir («Mingəçevir işıqları» qəzeti).

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, müsabiqəyə ümumilikdə 37 material təqdim olub:

«Onların arasından 6 ən yaxşılarını seçdik. Bu yazı və videoların hamısı olduqca dərin araşdırılmış, təhlil edilmiş materiallar idi. Ona görə də bütün qalibləri birinci yerə layiq gördük. Onların arasında zəlzələ bölgəsinə ayrılan büdcə vəsaitlərin korrupsiyaya uğraması, sahibkarların abadlıq işlərinə cəlb edilməsi, bunun əvəzində onlara pul ödənilməməsi, Bakı kəndlərində görülən işlərlə bağlı şişirdilmiş hesabatların verilməsi və s. maraqlı materiallar yer alırdı».

Mükafat olaraq qalib jurnalistlərin hamısına netbuk verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG