Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 22:22

Mingəçevirdə keçirilən kredit yarmarkasında 1,3 milyon manat güzəştli kredit verilib

Mingəçevir şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yarmarkanı İqtisadi İnkişaf Nazirliyi keçirir.

Tədbirdə Mingəçevir və ətraf regionlardan olan 80-dən çox sahibkar iştirak edib.

Tədbir nəticəsində 36 sahibkar 1,3 milyon manat güzəştli kredit alıb.

Bu kreditlər hesabına 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən, ərzaq məhsulları, tikinti materialları istehsalı sahələrinə, heyvandarlığın inkişafına yönəldiləcək.
XS
SM
MD
LG