Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Qəbul imtahanlarına ərizə qəbulu başlayır


Qəbul imtahanlarında iştirak etmək istəyənlər aprelin 9-dan mayın 17-dək internet vasitəsilə elektron ərizələrini dolduraraq, tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) təsdiq etməlidirlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, ərizə qəbulu elanının tam mətni «Abituriyent» jurnalının 2-ci sayında dərc olunub.

Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər.
XS
SM
MD
LG