Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

TQDK-nın iradlarına Təhsil Nazirliyindən cavab gəldi


-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) monitorinqini apardığı 3-cü sinif dərsliklərinə dair yekun rəyə Təhsil Nazirliyindən rəsmi cavab gəlib.

Bu barədə məlumat TQDK-nın saytında yerləşdirilib.

Təhsil Nazirliyi TQDK-nın tutduğu 78 iradın 9-unu qəbul edib:

«Xaraktercə bu iradlar sözlərin səhvən böyük (və ya kiçik) hərflə yazılması, durğu işarələrinin (vergülün qoyulmaması, nöqtənin yerinin səhv düşməsi), mətn müəllifinin adının qeyd olunmaması, qaydalarda yanlış cümlənin verilməsidir».

Bir müddət öncə TQDK 3-cü sinif üzrə «Azərbaycan dili», «Riyaziyyat» və «Həyat bilgisi» dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb. Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG