Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:16
-
Daha öncə xəbər verildiyi kimi, AzadlıqRadiosu aprelin 5-də Naxçıvan müxbiri Yafəz Əkrəmoğluna qarşı şantaj və hədənin araşdırılması, onun və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün DİN, MTN və Respublika Prokurorluğuna yazılı müraciət ünvanlamışdı.

Aprelin 8-də Daxili İşlər Nazirliyi Yafəz Əkrəmoğlunu nazirliyə dəvət edərək məsələ ilə maraqlanıb. Müxbirin vəkili Yalçın İmanovun dediyinə görə, DİN-də müraciətlə bağlı Yafəz Əkrəmoğludan izahat alınıb:

«Əkrəmoğlu izahatında baş verənləri ətraflı danışdı. Bildirdi ki, ona qarşı olanlar məhz fəaliyyəti ilə əlaqədardır. Hamıya məlumdur ki, o, yazılarında adətən Naxçıvanla bağlı yazır. Bu yazılar əksərən tənqidi xarakterlidir. Hesab edirəm ki, izahatda kifayət qədər məqamlar əks olundu. Bizə bildirildi ki, müraciət dərindən araşdırılır. Lazım gələrsə, jurnalistin yaşadığı binanın qarşısında polis postu da qoyula bilər».

Yafəz Əkrəmoğlu dəfələrlə təqibə və təzyiqə məruz qalıb. 2012-ci ilin noyabrında da o, ünvanına olan hədələrlə bağlı polisə müraciət etmişdi. O zaman müxbiri hədələyən şəxslərin telefon nömrələri təqdim olunsa da, hüquq-mühafizə orqanları bu təhdidlərlə bağlı hər hansı tədbir görməmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG