Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

«İngiltərənin ən yaxşı kişisi» - Thatcher öldü


Ronald Reagan onu İngiltərənin ən yaxşı kişisi adlandırmışdı

-
Britaniyanın ilk və yeganə qadın baş naziri olan Margaret Thatcher 87 yaşında vəfat edib.

“Dəmir ledi” ləqəbli Thatcher 19-cu əsrdən bəri Britaniyada ən uzun ömürlü hökumətin başçısı olub.

Onun rəhbərlik etdiyi Mühafizəkarlar partiyası 1979-cu ildən 1990-cı ilə kimi 3 dəfə dalbadal parlament seçkilərini udub.

Britaniyanın indiki baş naziri Cameron Thatcheri böyük lider, böyük baş nazir, böyük britaniyalı adlandırıb.

Thatcherin ölüm xəbərini eşidən kimi Cameron Avropa səfərini yarımçıq kəsərək, Londona qayıdıb.

Vaxtilə ABŞ prezidenti Reagan Thatcheri "İngiltərədə ən yaxşı kişi" adlandırmışdı.

Rəqibləri Thatcheri cəmiyyəti ikiyə- varlılara və kasıblara bölməkdə ittiham edirdi, ancaq o, qaza, neftə, polada, telefona, hava yollarına dövlət monopoliyasını ləğv edərək bu sahələrin özəlləşdirilməsinə nail oldu. Daha sonra, elektrik və su təhcizatı da dövlət monopoliyasından çıxarıldı.

Thatcher bir dəfə demişldi ki, sosializmin bəlası mülkiyyətin hamısının dövlətin əlində olmasıdır.

Sutkada 18 saat işləyən Thatcheri keçmiş baş nazir Harold Macmillan “parlaq tiran” adlandırırdı.

Fransa prezidenti Mitteran isə demişdi ki, Thatcherin gözləri Kaliqula (qəddar Roma imperatoru) gözləridir, dodaqları Marilyn Monro dodaqlarıdır”.

Ona “dəmir ledi” ləqəbi isə SSRİ-nin Pravda qəzetindəki məqalədən sonra verildi.

1981-ci ildə keçirilən sorğuya görə, Thatcher Britaniya tarixində ən az sevilən baş nazir idi.
Ancaq 2 il sonra Argentinaya qarşı Folklend müharibəsini udandan sonra Thatcher parlament seçkilərində çox böyük qələbə qazandı.
XS
SM
MD
LG