Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Bakıda dəyişkən buludlu hava gözlənir


-
Aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti olacaq.

Bölgələrdə axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-14, gündüz 23-28, bəzi yerlərdə 30, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcəyədək isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG