Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:54
-
«Demokratiya naminə incəsənət» kampaniyasının hazırladığı «Azad seçkilərə çağırış» meyxanasının ana qafiyəsi budur. Kampaniyanın təşkilatçıları, söylədiklərinə görə, hər hansı siyasi qüvvə və ya siyasətçini dəstəkləmir, sadəcə, seçici fəallığının artırılmasını və seçki təbliğatını hədəf götürüblər.

Bəs hədəfə çatmaq üçün nədən məhz meyxana vasitə seçilib? Kampaniyanın koordinatoru Rəsul Cəfərov deyir ki, daha öncə insan haqları, demokratiya mövzusunda hip-hop janrlarından – rep və rokdan yararlanıb, mahnılar bəstələyiblər. İndi növbə milli janra – meyxanaya çatıb və düşünüblər ki, bu dəfə meyxanaya üz tutsunlar. Mövzunu da, təbii ki, kampaniya təşkilatçıları təklif edib:

Rəsul Cəfərov

Rəsul Cəfərov

«Bu, milli bir janrdır. Eyni zamanda Bakı ətrafında və Bakının özündə çox sayda insan meyxana janrına diqqət göstərir. Əslində, bu meyxana da bir çox məsələlərə toxunur. Orada seçkilərin doğru-düzgün aparılmasına çağırış da var. Deyilir ki, özünə arxayın insanlar, özgüvənli insanlar seçkini saxtalaşdırmaz».

Meyxanadan parça:

Arzumdur seçkilərdə olmasın heç nöqsanlar,
Azad ölkəmizdə olmalıdır azad imkanlar,
Saxtakarlıq etməz özünə arxayın insanlar,
Hər zaman verər təkan, verər macal seçkilərə.



«MEYXANA SÖYLƏYİB SEÇKİYƏ ÇAĞIRMAQ UĞURLU ADDIMDIR»

Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, seçki prosesinin özü yaradıcılıq tələb etdiyindən, bu, uğurlu və effektli bir addımdır:
Anar Məmmədli

Anar Məmmədli

«Meyxana elə bir auditoriyaya yönəldilir ki, o auditoriya üçün meyxana çox sevilən, daim dinlənən bir janrdır. Burda niyyət çox xoşməramlıdır. Bir çox insan seçkilərlə bağlı tərəfsiz və dəqiq məlumat almaq istəyəndə, «seçkilər niyə qaçılmazdır?» sualı ilə üzləşəndə çətinlik çəkərsə, belə sadə dildə yazılmış meyxana onların yardımına çatacaq».

«Azad seçkilərə çağırış» meyxanasının ifaçıları hələ mediaya çıxmaq istəmirlər. «Demokratiya naminə incəsənət» kampaniyasının koordinatoru Rəsul Cəfərov deyir ki, meyxana təzə-təzə yayıldığından onlar bir az gözləməyi qərara alıblar.

Bir müddət əvvəl sosial şəbəkələrdə «Tı kto takoy, davay, do svidaniya» adlı meyxana ilə məşhurlaşan İntiqam Rüstəmovun fikrincə, İntiqam Rüstəmov

İntiqam Rüstəmov

bu janrla seçki fəallığına yaxşı təsir etmək mümkündür:

«Məncə, effektli olar. Hamı tərəfindən bəyənilər. Seçkilərdə öz seçimini etmək hər bir ölkə vətəndaşının borcudur. Eləməlidir də. Mənə elə gəlir ki, meyxana bir folklor janrı kimi Azərbaycanda sevilir. Ona görə də təsiri olar».

«Demokratiya naminə incəsənət» kampaniyası 2012-ci ilin dekabrın 10-da yaranıb. Kampaniya müxtəlif sənət formalarından yararlanaraq Azərbaycanı insan hüquqlarının qorunmasına və demokratik islahatlar aparılmasına təşviq edir. Kampaniyanın seçkiyə dair bir sonrakı məhsulu insan haqları ilə bağlı olacaq. Bu dəfə reperlər ön plana çıxacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG