Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

İ. Əliyev: «Ötən il qeyri-neft sektorunda 10 faiz artım olub»


I Dünya İqtisadi Forumu (Davos Forumu) / Arxiv foto

I Dünya İqtisadi Forumu (Davos Forumu) / Arxiv foto

-
«Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır».
Aprelin 8-də Bakıda I Dünya İqtisadi Forumu (Davos Forumu) işinə başlayıb. Forum «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq» mövzusundadır.
Prezident İlham Əliyev forumda açılış nitqi edib. «APA-Economics»in məlumatına görə, dövlət başçısı Davos Forumunda 7 dəfə iştirak etdiyini xatırladıb, bildirib ki, Bakı Forumu Azərbaycan haqqında anlayışı olmayan şirkətləri məlumatlandırmaq baxımından mühümdür:
«Müstəqilliyimizin 20 yaşı var. 90-cı illərin əvvəlində Azərbaycanın vəziyyəti yaxşı deyildi. Sovet ittifaqının süqutundan sonra problemlərimiz, daxildə çaxnaşmalar vardı, Ermənistan tərəfindən ərazilərimiz işğal edilmişdi».
«YEDDİ NEFT VƏ QAZ KƏMƏRİMİZ VAR»
Azərbaycanda enerji sektorunda görülən işlərdən danışan prezident bildirib ki, enerji sahəsində bir sıra islahatlar aparılıb:

«Bu, bazar iqtisadiyyatına keçid idi. Azərbaycan islahatlara başladığı zaman enerji sektoruna investorları cəlb edə bildi. Sonrakı mərhələdə biz iqtisadi inkişafımızı enerji sahəsindən qeyri-enerji sektoruna yönəltdik. İqtisadi və siyasi islahatlara sərmayə qoyduq və bu proses bu gün də davam edir».
Ölkədə yoxsulluq səviyyəsinin azaldığını, inflyasiyanın birrəqəmli səviyyədə olduğunu diqqətə çatdıran prezident son onillikdə ölkə iqtisadiyyatının üç dəfə artdığını bildirib:

«Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir. Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir».
10 İLDƏ 130 MİLYARD DOLLAR SƏRMAYƏ
Prezident qeyd edib ki, son 10 ildə ölkəyə 130 milyard dollar sərmayə yatırılıb:

«Bunun da müəyyən hissəsi xarici sərmayədir. Bu isə ölkədəki sabitliyi göstərir».
İ. Əliyev Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Prezident TANAP layihəsinin yeni enerji dəhlizi olduğunu, onun ən azı 100 il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını qeyd edib.
«Bizim hökumət üçün şaxələndirmə bir nömrəli prioritetdir. 2004-2009-cu illərdə regional inkişaf proqramı yaratdıq və burada özəl sektorun inkişafı hədəf götürüldü. Ötən il qeyri-neft sektorunda 10 faiz artım olub. Şaxələndirmə bu formada gedəcək».
BU İLKİ VƏ 50 İL ƏVVƏLKİ AZƏRBAYCAN
Daha sonra sualları cavablandıran prezident İ. Əliyev bildirib ki, suverenlik Azərbaycan üçün müzakirə edilməyən bir meyardır: «Bu vacibdir və əsasdır. Əsrlər boyu Azərbaycan digər imperiyaların tərkibində olub. Bugünkü Azərbaycanla 50 il əvvəlki Azərbaycan eyni ölkə deyil. Biz regional əməkdaşlıq layihələrinin əksəriyyətini həyata keçirməyə başlamışıq. Biz inteqrasiyanın tərəfdarıyıq, amma bu hüdudları keçib suverenliyi azaltmaq və s. kimi fikrimiz yoxdur».
Azərtac xəbər verir ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG