Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

«Molla Nəsrəddin»in cildlənmiş toplusu Tarix Muzeyinə verilib


-
«Molla Nəsrəddin» satirik jurnalının 1908-1909-cu illərə aid olan nömrələrinin cildlənmiş toplusu Azərbaycan Tarix Muzeyinə verilib.
Bu barədə AzadlıqRadiosuna muzeyin Xarici Əlaqələr və Sərgilərin Təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov məlumat verib. O, həm jurnalı cild şəklində əldə etdiklərinə həm də nüsxələrin sahibinin Məhəmməd Həsən Baharlı (XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış alim və ictimai xadim 1937-ci ildə repressiyalar zamanı güllələnib. Cümhuriyyət dövründə Azərbaycan Dövlət Bankının direktoru olub) olmasına görə sevinir:
«Məmmədhəsənbəy Baharlının zəngin kitabxanası olub. O cümlədən Molla Nəsrədiin jurnalının nüsxələri də həmin kityabxanada imiş. Həmin toplu onun qohumlarına çatıb. Onun Amerikada yaşayan uzaq qohumu Fərhad Məmmədov adlı şəxs həmin nüsxələri bizə verdi. Kim istəsə həmin ekspanatla gəlib muzeydə tanış ola bilər».
«Molla Nəsrəddin» jurnalı 1906-1931-ci illərdə fasilələrlə yazıçı Cəlil Məmmədquluzadə tərəfindən dərc edilib.

Jurnal ərəb qrafikası ilə, türk (Azərbaycan) dilində nəşr olunub. Çar Rusiyasının bütün müsəlman bölgələrində, Yaxın və Orta Şərq ölkələrində yayılıb, islam dünyasında demokratik mətbuatın inkişafına təsir göstərib. Jurnal Tbilisidə, Bakıda və Təbrizdə nəşr olunub, bir neçə dəfə nəşri dayandırılıb. Sonuncu dəfə 1931-ci ildə sovet senzurası tərəfindən birdəfəlik qapadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG