Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19

“Edam dəhşəti"... İranda həbs edilmiş azərbaycanlı şairin xatirələri


-

Ötən il İranda həbs olunan şair Fərid Hüseynin “Qandalı görməsin” adlı kitabı çap olunub.

“Qafqazinfo.az” saytının kitabxanası seriyası”ndan çap olunan kitabda F.Hüseynin 4 ay ərzində həbsxanada keçən günlərindən bəhs olunur.

Kitabda “Edam dəhşəti”, “Qorxu”, “Təbriz həbsxanasına gedənəcən” və s hissələr yer alıb.

F.Hüseyn qələm yoldaşı Şəhriyar del Gerani ilə birgə həbs edilmişdi.

Kitabda günahsız yerə həbs olununa iki insanın həyatından, məhbusların zülmündən və hücrələrin dəhşətindən bəhs olunur.

Kitabın redaktoru İlahə Ucaruh və Etimad Başkeçiddir.

Bundan başqa, şairin son illərdə yazdığı şeirlər və esselərdən ibarət “Dözmək üçün məşq” adlı şeirlər və esselər kitabı da işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG