Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:20

Əfqanıstanda hərbi reyd zamanı 12 sakinin öldüyü bildirilir


Foto arxiv
Foto arxiv
Əfqanıstanın şərqində NATO-nun hava zərbəsi nəticəsində 10 uşaq və 2 qadın ölüb.
Bundan başqa azı 6 qadının yaralandığı xəbər verilir.

Bu barədə yerli rəhbərlikdəki mənbələr xəbər verir.
Mənbənin məlumatına görə onlar şənbə günü NATO və Əfqanıstan qüvvələrinin Kunar əyalərində keçirdiyi birgə əməliyyat zamanı ölüb.

NATO komandanlığı əməliyyatı təsdiqləsə də bildirib ki, dinc sakinlər arasında itki olmasını dəqiqləşdirmək lazımdır.

Bu cür əməliyyatlar zamanı dinc sakinlər arasında itki olması Əfqanıstan-ABŞ münasibətlərindəki başlıca problemlərdən biridir.
XS
SM
MD
LG