Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12
Türkiyə superliqasının dünən keçirilən növbəti matçında hakim Galatasarayın baş məşqçisi Fatih Terim, onun köməkçiləri Həsən Şaş və Ümit Davalanı tribunaya göndərib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Türkiyə Futbol Federasiyası hər üç məşqçiyə cəza verəcək.
İnsident “Mersinidmanyurdu” klubu iulə görüşdə baş verib.

Bəs belə halda növbəti “Qalatasaray”-“Karabükspor” oyununda hansı məşqçi meydana çıxacaq ?

Məsələyə münasibət bildirən Fatih Terim deyib ki, ola bilsin texniki zonada onu Duyğu Ərdoğan əvəz etsin.

Duyğu Ərdoğan bir müddətdir ki, “Qalatasaray”da çalışır.
Duyğu Ərdoğanla yanaşı məşqçilərin oturacağı yerdə Claudio Taffarel də yer alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG