Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Pervez Musharrafın seçkidə iştirakına icazə verildi


Pervez Musharraf
Pervez Musharraf
Pkistan hakimiyyəti keçmiş prezident Parvez Musharrafın parlament seçkisində iştirakına icazə verib.

O namizədliyini Çitral şəhərində verəcək.
Bundan əvvəl Karaçi və Kasure rəhbərliyi onun namizədliyini rədd etmişdilər.

Mayın 11-də Pakistanda ümummili seçkilər keçiriləcək.
4 illik mühacirətdən sonra Musharraf bu ilin martında vətənə dönüb.

Pakistanda ona qarşı bir neçə ittiham irəli sürülüb.
O 2007-ci ildə qətlə yetirilmiş keçmiş baş nazir Benazir Bhuttonun təhlükəsizliyini lazımınca təmin etməməkdə də ittiham olunur.

Musharraf ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG