Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:17

«Naxçıvanda əmək yarmarkasında 65 nəfərə göndəriş verilmişdir»


Foto: Arxiv
Foto: Arxiv

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 4 aprel 2013

Əmək yarmarkasında 65 nəfərə göndəriş verilmişdir

Aprelin 3-də Şərur rayonunda cari ilin ilk əmək yarmarkası keçirilmişdir. Tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açaraq bildirmişdir ki, Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

...Yarmarkada Şərur rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, vətəndaşların səmərəli məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı ölkə¬mizdə daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığa geniş meydan verilməsinə xüsusi önəm verilir.

İşaxtaran vətəndaş Rəhman Rəsulzadə belə yarmarkaların keçirilməsinin vətəndaşların işlə təmin olunmasında böyük əhəmiyyəti olduğunu vurğulamış, iş axtaranlara, xüsusilə gənclərə istəklərinə uyğun iş yeri tapmaq üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirmişdir.

Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkaya 18 dövlət və özəl təşkilatdan 251 boş iş yeri çıxarılmışdır. Həmin gün 65 nəfərə göndəriş verilmiş, 25 nəfər ictimai işlərə cəlb olunmuş, 2 nəfər isə peşə hazırlığı kursuna göndərilmişdir.

Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş muğam müsabiqəsi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək rayon Uşaq Musiqi Məktəbi muğam müsabiqəsi keçirib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva, məktəbin direktoru Niyaz İsmayılov, müəllimlər Zülfüqar Babayev və Aydın Məmmədli çıxış edərək ümummilli liderimizin Azərbaycan mədəniyyətinin, o cümlədən musiqinin inkişafına göstərdiyi qayğıdan danışıblar. Qeyd olunub ki, gənc istedadların üzə çıxarılması, uşaqların musiqi təhsili almaları üçün muxtar respublikamızda, o cümlədən Babək rayonunda böyük işlər görülür, musiqi məktəbləri üçün yeni, müasir binalar inşa olunur. Musiqi məktəblərinin şagirdləri arasında tez-tez müsabiqələr keçirilir.

Sonra xanəndəlik sinfi üzrə keçirilən müsabiqədə şagirdlərin ifasında muğamlar, ritmik muğamlar və xalq mahnıları səsləndirilib.
XS
SM
MD
LG