Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:49

Çin Koreya yarmadasındakı vəziyyətdən narahatdır


Foto arxiv
Foto arxiv
Çin Koreya yarmadasında gərginliyin artmasından dərin narahatdır.

Çin xarici işlər nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, Şimali Koreyadakı Çin səfirliyi hələlik adi rejimdə işləyir.
Amma Pekin Pxenyanı Şimali Koreyadakı Çin səfirliyinin əməkdaşları və bu ölkədəki digər Çin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çağırır.

Şimali Koreya ötən cümə günü ölkədəki xarici diplomatik korpuslara əməkdaşlarının ölkədən çıxarılmasının mümkünlüyünə baxmağı məsləhət görüb.

Pxenyan BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın bu günlərdə keçirdiyi birgə hərbi təlimlərdən sonra cənubla sülh razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.
XS
SM
MD
LG