Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Yadplanetlilərin mövcudluğuna, Bin Ladenin sağ olmasına inanan amerikalılar (Sorğu)


Bin Ladenin fotosu "Time" jurnalında

Bin Ladenin fotosu "Time" jurnalında

-

Amerikalıların

29 faizi yadplanetlilərin mövcudluğuna inanır,

37 faizi isə düşünür ki, qlobal istiləşmə deyilən problem fırıldaqdır. Bu, Public Policy Polling mərkəzinin ABŞ-da keçirdiyi sorğunun nəticəsidir. Sorğu zamanı amerikalıların sui-qəsd nəzəriyyələrinə nə dərəcədə inanması araşdırılıb. Rəyi soruşulanların

13 faizi prezident Obamanın Anti-Xrist (İsa Məsih əleyhdarı, düşməni) olmasına əmindir,

28 faizi isə inanır ki, 2010-ci ilin 11 sentyabrında ABŞ-da törədilmiş terror aktlarında o vaxtkı İraq prezidenti Sədddam Hüseynin də əli olub,

11 faiz hesab edir ki, həmin terror aktlarından Amerikanın məxfi orqanlarının xəbəri olub, amma qəsdən bunun qarşısını almayıb. "Yeni Dünya Düzəninə, yaxud qlobalist gündəmi olan məxfi elitar qüvvənin dünyanı idarə etmək üçün avtoritar dünya hökuməti qurmaq planlarına inanırsınızmı?" Respondentlərin

28 faizi buna inandığını deyib. Rəyi soruşulanların

44 faizi düşünür ki, prezident Buş İraqa hücum etmək üçün Səddam Hüseynin kütləvi qırğın silahına sahib olmasını deyərək qəsdən cəmiyyəti aldadıb.

45 faizsə hesab edir ki, bu belə deyil. Bundan başqa respondentlərin

6 faizi düşünür ki, 2011-ci ildə amerikalı xüsusi təyinatlıların öldürdüyü deyilən "1 nömrəli terrorçu" Osama bin Laden sağdır,

7 faizi hesab edir ki, ABŞ astronavtları əslində 1969-cu il iyulun 20-də Ay səthinə enməyiblər, insan ayağının ilk dəfə aya dəyməsini əks etdirən həmin kadrlar quramadır. Amerikalıların yalnız

25 faizi bu qənaətdədir ki, prezident Kennedini öldürən Lee Harvey Oswald bu cinayəti təkbaşına törədib,

51 faiz isə düşünür ki, həmin sui-qəsd daha böyük qüvvənin əməlidir. "Dərman sənayesinin həkimlərlə əlbir olub pul qazanmaq üçün yeni xəstəliklər "icad etməsinə" inanırsınızmı?" sualına

15 faiz respondent müsbət cavab verib. Rəyi soruşulanların 5 faizi isə əmindir ki, əfsanəvi "Bitlz" qrupunun gitaristi Paul McCartney əslində 1966-cı ildə avtomobil qəzasında ölüb və qrupun əvvəlkitək fəaliyyətinə davam edə bilməsi üçün McCartney-yə oxşar başqa bir şəxslə əvəzlənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG