Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:24
Alma-Atıda İran və aparıcı 6 dünya ölkəsi arasında aparılan danışıqlarda elə bir ciddi nəticə əldə olunmayıb.

Avropa Birliyinin xartici siyasət məsələləri üzrə rəsmisi Cahtherine Ashton görüşdən sonra tərəflər arasında hələ də fikir ayrılığı olduğunu bildirib.
Amma o ümumilikdə prosesə nikbin yanaşdığını deyib.

Həmçinin İran mayəndə heyətinin rəhbəri Saeed Jalili tərəflər arasında fikir ayrılığı olduğunu və bir daha İranın uran zənginləşdirməyə haqqı olduğunu bildirib.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.
Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG