Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:47

Yanukovych Lutsenkonu əfv etdi


 Yuri Lutsenko
Yuri Lutsenko
Ukrayna prezidenti Viktor Yanukovych həbsdə olan keçmiş daxili işlər naziri Yuriy Lutsenkonu əfv edib.
O vəzifə səlahiyyətlərini aşdığına görə 4 il həbsə məhkum edilmişdi.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

Əfv fərmanına eyni ittihamla 2 il şərti cəza alan keçmiş ətraf mühitin mühavizəsi naziri Georgy Filipchuk da daxil olmaqla 6 məhbus düşüb.

Prezidentin yanındakı əfv komissiyası dünən Yanukoviçə əfvlə bağlı siyahı təqdim edib.
Yanukovych deyir ki, o fərmanı Keçmiş Polşa prezidenti Alexander Kwasniewski də daxil olmaqla Ukrayna və Avropa Birliyi rəsmilərinin müraciətindən sonra imzalayıb.

Keçmiş daxili işlər naziri Lutsenko 2010-cu ildə həbs olunub.
O ittihamı rədd edir və həbsinin siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG