Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:46

«Azadlıq» qəzetinə 10 gün vaxt verildi


-
«Azadlıq» qəzetinin bank hesabına yenidən həbs qoyulacaq.

Bu, təxminən 10 gündən sonra reallaşacaq.

«Azadlıq» qəzetinin məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası ilə qəzet 30 min manat cərimələnib. Qərar artıq icraya yönəldilib.

Aprelin 5-də Yasamal rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsindən «Azadlıq» qəzetinin redaksiyasına bildiriş daxil olub.

Bildirişdə vurğulanır ki, qəzet 10 gün müddətində qərarı icra etməlidir. Bu müddət keçdikdən sonra icra məcburi qaydada təmin ediləcək.
XS
SM
MD
LG