Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14
İcitmai Palatanın Koordinasiya Şurasının üzvü, İbrahim İbrahimli aprelin 6-da Naxçıvanda zorakılığa məruz qaldığını deyir. O bunu “Azadlıq” qəzetinə bildirib.

İbrahim İbrahimlinin dediyinə görə , bacısı oğlunun vəfatı ilə əlaqədar aprelin 6-da Naxçıvana gedib, Babək rayonunun Tumbul kəndində yas məclisində iştirak edib.
Bu zaman yas yerinə gələn tanımadığı adamlar onu təxribata şəkmək istəyib.
O da yas yerində hər hansı problem olmasın deyə mağardan uzaqlaşıb.
Lakin mağarın yaxınlığında onun qarşısını bir dəstə mülki geyimli şəxs kəsərək özlərini polis və MTN-in əməkdaşları kimi təqdim edib və onu maşına oturdaraq özləri ilə aparıblar.

İbrahim İbrahimli dediyinə görə, onu Naxçıvan şəhərinə tərəf aparıblar və şəhəri keçən kimi başına torba keçirib, Duzdağ deyilən yerə, Araz çayının kənarına apararaq döyüblər.
İbrahim İbrahimli özünü yaxşı hiss etmədiyi üçün AzadlıqRadiosuna danışa bilməyəcəyini deyib.

Hələlik Nacıvanın hüquq-mühafizə orqanlarından məsələyə hər hansı münasibət öyrənmək mümükün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG