Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:21

Ban Ki Moon Koreya yarmadasındakı vəziyyətdən narahatdır


Ban Ki-moon
Ban Ki-moon
BMT-nin baş katibi Ban Ki Moon Koreya yarmadasında gərginliyin getdikcə artmasından narahatdır.

Şimali Koreya cümə günü diplomatik nümayəndəliklərə ölkədən çıxmağı nəzərdən keçirməyi təklif edib.

Cənubi Koreya mətbuatı cümə günü Şimali Koreyanın özünün cənub sahilində orta mənzilli 2 raket yerləşdirməsi barədə məlumat yayıb.
Məlumata görə, bu raketlərlə ABŞ-ın Yaponiya və ya Sakit okeandakı bazalarını vurmaq mümkündür.

Ağ evin sözçüsü Cey Karni (JaY Carney ) jurnalistlərə açıqlamasında deyib ki, əvvəlki davranışlarına görə biz Şimali Koreyanın daha bir raket sınağı keçirməsindən təəccüblənməycəyik.
XS
SM
MD
LG