Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:02

«Hakimiyyət qorxduğu üçün qorxutmağa çalışır»


-
Bunu aprelin 6-da partiya Məclisinin toplantısındakı çıxışı zamanı Müsavat başqanı İsa Qəmbər deyib.
«Musavat.com»un məlumatına görə, Müsavat başqanı İsa Qəmbər Məclisdəki çıxışında offşor şirkətlər məsələsinə də toxunub:

«Biz İlham Əliyev başda olmaqla bu hakimiyyətin istefa tələbini gündəmə gətirməliyik. Çünki öz xalqına qarşı bu qədər sayğısız davranan bir iqtidar hakimiyyətdə qala bilməz. Mən əminəm ki, bu il bu hakimiyyət gedəcək. Ya öz günahlarını etiraf edərək, xalqa seçim imkanı yaradaraq gedəcək, ya da öz əməllləri ilə xalqın etirazını daha da gücləndirərək, xalqın təşkilatlanıb öz mövqeyini ortaya qoyması nəticəsində gedəcək. Hakimiyyətin cəmiyyəti qorxutmaq cəhdləri davam edə bilər, hakimiyyət qorxduğu üçün qorxutmağa çalışır. Ancaq bu, nəticə verməyəcək, necə ki, vermir».
İsa Qəmbər həmişə olduğu kimi bu ilki seçkilıərdə də demokratik qüvvələrin birliyinin tərəfdarı olduqlarını deyib.
Müsavat başqanı bildirb ki, partiyaları ölkədə vəziyyəti dəyişmək istəyən, gerçək müxalifətin birliyi üçün mümkün olan hər şeyi edir və istənilən fədakarlığa hazırdır. Amma o, mübarizəni imitasiya edən saxta müxalifətlə birliyin mümkün olmayacağını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG