Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:52

Azərbaycanda xarici məhbuslar Skype"la danışa biləcək


Foto arxiv
Foto arxiv
Azərbaycanda həbs cəzası çəkən xarici ölkə vətəndaşlarına yaxınları və ailə üzvləri ilə “Skype” və digər elektron vasitələrlə əlaqə yaratmaq imkanını verilə bilər.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı qanuna əlavə maddə salınması gözlənilir.

Qanun layihəsində xarici məhbusların müvafiq nəzarət halında yaxınları və ailə üzvləri ilə müntəzəm əlaqə saxlamalarına şərait yaradılması nəzərtə dutulur.
Bu imkan məhkumlara hər ay üçün müəyyən limitlə veriləcək.

Layihənin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Hazırkı qanunvericiliyə əsasən Azərbaycan həbsxanalarında xarici mühitlə internet əlaqəsi qadağandır.
XS
SM
MD
LG