Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:38

İran Qərbin təklifinə cavab verdiyini deyir


Foto arxiv
Foto arxiv
Alma-Atıda aparıcı 6 dünya ölkəsi və İran arasında danışıqlar davam etdirilib.
Bu son bir ayda ikinci belə görüşdür.

Bundan əvvəlki görüşdə dünya ölkələri İranın uran zənginləşdirməyi dayandıracağı halda ona qarşı sanksiyaların yüngülləşdirilməsini təklif eiblər.

İranın nümayəndəsi Əli Bağıri (Ali Bagheri) Tehranın bütün suallara cavab verdiyini deyir.
Adı çəkilməyən Qərb diplomatı isə mətbuata açıqlamasında İranın Qərbin təklifinə cavab vermədiyini deyib.

Rusiyanın nümayəndəsi, xarici işlər nazirinin müavini Sergei Ryabkov Tehranın danışıqlara bir qədər ciddi yanaşdığını deyir.
İranla danışıqlarda ABŞ,Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG